Mauritsio Sarri yenidən A Seriyasında
“Atalanta”nın yeni baş məşqçisi bəlli olub.
Msport.az xəbər verir ki, Mauritsio Sarri Berqamo təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb.
Tezliklə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. 67 yaşlı italiyalı mütəxəssis bu postda Raffaele Palladinonu əvəzləyəcək.
Qeyd edək ki, Mauritsio Sarri son olaraq “Latsio”da işləyib.







