Mazraui “Milan” yolunda
“Mançester Yunayted”in müdafiəçisi Nussair Mazraui karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Milan” 28 yaşlı futbolçunun transferində maraqlıdır.
İtaliya klubunun baş məşqçisi Ruben Amorim mərakeşli müdafiəçini heyətində görmək istəyir. “Milan” daha əvvəl də N.Mazraui ilə maraqlansa da, o, prioritet variant olmayıb. Başqa bir transferin boşa çıxmasından sonra İtaliya təmsilçisi müdafiəçi ilə yenidən maraqlanmağa başlayıb.
Qeyd edək ki, Mazraui bu mövsüm İngiltərə Premyer Liqasında 1 matçda meydanda olub. “Transfermarkt” portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.







