Mbappe dünya çempionatlarında ən çox qol vuran futbolçu oldu
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində yeni rekorda nail olub.
Msport.az xəbər verir ki, 27 yaşılı futbolçu DÇ-2026-nın bürünc medal uğrunda İngiltərə ilə oyunda dubla edib. “Real”ın forvardı mundiallardakı qollarının sayını 22-yə çatdırıb.
Bununla da Mbappe dünya çempionatlarında ən çox qol vuran futbolçu kimi Argentina millisinin lideri Lionel Messini geridə qoyub. Fransa millisinin hücumçusu bu göstəriciyə 22 matçda nail olub.
Messinin hesabında isə dünya çempionatlarında keçirdiyi 33 oyunda 21 qol var.







