Mbappe Ronaldonun rekordunu təkrarladı
Kilian Mbappe La Liqanın IX turunda “Real”ın heyətində “Xetafe”yə qarşı səfər oyununda komandasına minimal hesablı qələbə qazandırmaqla yanaşı, adını klubun tarixinə yazdırıb.
Msport.az xəbər verir ki, matçın yeganə qolunu Mbappe 80-ci dəqiqədə Arda Gülərin ötürməsindən sonra vurub.
Bu qol hücumçunun cari mövsümdə İspaniya çempionatında vurduğu 10-cu top olub. Bundan əlavə, onun aktivində iki məhsuldar ötürmə də var. Beləliklə, Mbappe 2014-15 mövsümündən bəri La Liqanın ilk 9 turunda 10 və ya daha çox qol vuran “Real” futbolçusu kimi tarixə düşüb.
Bu göstəriciyə sonuncu dəfə Kriştiano Ronaldo nail olmuşdu. O zaman portuqaliyalı ulduz 17 dəfə fərqlənmişdi.