Mbappe Türkiyə ilə oyunu buraxa bilər
Fransa millisinin kapitanı Kilian Mbappe Türkiyə ilə Millətlər Liqasının oyunundan 3 gün əvvəl xəstələnib.
Msport.az xəbər verir ki, hücumçu yığmanın düşərgəsinə sentyabrın 21-də gəlsə, sentyabrın 22-də məşqdə iştirak edə bilməyib.
“Real”ın futbolçusu qrip virusuna oxşar xəstəlikdən əziyyət çəkir. Lakin kapitanın Türkiyə ilə matçda meydana çıxacağı da istisna olunmur.
Mbappe Fransa komandasında məşqi buraxan yeganə oyuçu olub.
Türkiyə ilə Fransa milliləri arasında oyun sentyabrın 25-də Kocaelində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.







