featured-image-70577

DÇ-2026-nın seçmə mərhələsinin dünən Azərbaycan millisi ilə oyunda zədələnən Fransa yığmasının lideri Kilian Mbappenin durumu məlum olub.

Msport.az xəbər verir ki, “Real”ın hücumçusu millinin düşərgəsini tərk etməli olub. Mbappe Madrid klubuna qayıdaraq mülicə alacaq.

“Kral klubu”nun Mbappenin meydanda nə qədər oynaya bilməsi ilə Fransa Futbol Federasiyası ilə  bağlı heç bir danışığı olmayıb.

Lakin “Real”da hücumçunun ayağında ağrılar ola-ola, demək olar, bütün matç ərzində meydanda qalmasına təəccübləniblər.

Qeyd edək ki, Madrid təmsilçisinin digər hücumçusu Fernando Mastantuonu isə Argentina yığmasında zədə alıb.

 

Bənzər xəbərlər