featured-image-83528

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün maliyyə şərtini irəli sürüb.

Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu Madrid təmsilçisi ilə müqaviləsini yalnız illik 60 milyon avro xalis maaş qarşılığında uzatmağa razıdır.

Mbappenin əsas istəyi “Real”dan ayrılaraq İngiltərə Premyer Liqasında çıxış etməkdir. “Liverpul”un fransalı hücumçunun nümayəndəsi və anası Fayza Lamari ilə əlaqə saxladığı da bildirilir.

Qeyd edək ki, Kilian Mbappenin “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər