featured-image-70590

Kilian Mbappenin Fransa millisinin oyununda zədə almasına görə, bu ölkənin futbol federasiyası ilə “Real” arasında gərginlik yaranıb.

Msport.az xəbər verir ki, bu barədə “Marka” nəşri məlumat yayıb.

Madrid klubu hücumçunun Azərbaycanla matçda zədə almasından narahatdır. Qeyd edək ki, forvard bir müddət öncə də ayaq biləyindən zədə almış və bir həftə məşqlərə çıxa bilməmişdi.

Dünən isə Mbappe 80 dəqiqə meydanda olub. “Real” rəsmiləri futbolçunun dünənki görüşdə daha az oynadılmasını gözləyirdilər.

Qeyd edək ki, Mbappe zədə səbəbindən Fransa yığmasının düşərgəsini tərk edib və oktyabrın 13-də İslandiya ilə matçda meydana çıxmayacaq.

Bənzər xəbərlər