MDB oyunları: Millimiz Rusiyaya qarşı
Bu gün III MDB oyunlarında final matçı keçiriləcək.
Msport.az xəbər verir ki, Azərbaycanın 16 yaşlılardan ibarət milli komandası həlledici görüşdə Rusiya yığması ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.