featured-image-552

“Komanda özünə bənzəmirdi. Başlanğıc yaxşı idi. Amma ilk qolu buraxdıqdan sonra oyuna nəzarəti itirdik”.

Msport.az-ın xəbərinə görə, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti El Klasikodan sonra deyib. Madrid klubu doğma divarlar arasında əzəli rəqibi “Barselona”ya 0:4 hesabı ilə uduzub:

“Onlar bizim səhvlərimizdən istifadə edib qollar vurdular. Fasilədə futbolçulardan çox hücum etməyi xahiş etdim. Amma qol vurmaq alınmadı, müdafiədə problemlər yarandı. İkinci hissənin əvvəllərində 2 qol buraxdıq”.

Ançelotti deyib ki, “El-Klassiko”da asan oyunlar olmur: “Azarkeşlər bizdən hər zaman qələbə gözləyir. Bu gün biz uduzduq. Amma çempionatda üstünlüyümüz davam edir. Sakitliyimizi qorumalıyıq. Bu məğlubiyyəti dramatikləşdirməməliyik. Qarşıdakı 2 həftədə yaxşı dincəlib oyunlara hazırlaşmalıyıq. Bugünkü məğlubiyyət mənim – məşqçinin günahı ucbatındandır”.

Bənzər xəbərlər