Meksika millisi tarixi göstəricisinə imza atdı
Meksika millisi dünya çempionatlarında tarixinin ən yaxşı göstəricisinə imza atıb.
Msport.az xəbər verir ki, komanda buna DÇ-2026-nın A qrupunun II turunda Cənubi Koreyanı məğlub etməklə (1:0) nail olub.
Meksika seçməsi mundiallarda ilk dəfə ardıcıl üç görüşdə qalib gəlib. I turda Cənubi Afrika Respublikasını iki cavabsız qolla üstələyən yığma 2022-ci ildə keçirilən turnirdəki son qarşılaşmasında Səudiyyə Ərəbistanını məğlub etmişdi.
Qeyd edək ki, Meksika DÇ-2026-da pley-offa vəsiqə qazanan ilk komandadır. Mundial iyulun 19-da başa çatacaq.







