Meksika millisinin hücumçusu “Los Anceles Qelaksi”də
Meksika millisinin hücumçusu İrvin Losano “Los Anceles Qelaksi” klubuna keçib.
Msport.az xəbər verir ki, o, MLS təmsilçisində icarə əsasında çıxış edəcək.
Los Anceles klubu Losanonu “San Dieqo”dan 2026-cı ilin sonuna kimi icarəyə götürüb.
Forvard ötən mövsüm MLS-də 31 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
Cari mövsümdə futbolçu hələ ki meydana çıxmayıb.







