featured-image-46829

İspaniyanın “Barselona” komandasının baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komanda ilə vidalaşacaq.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqçi postu üçün axtarışları davam etdirir.

Bir neçə namizədi nəzərdən keçirən klub rəhbərliyi Xavinin yerinə Rafael Markesi gətirmək istəyir. Bu barədə “The Atletic” nəşri məlumat yayıb.

Hazırda “Barselona”nın ikinci komandasını çalışdıran meksikalı mütəxəssis yeni mövsümdə əsas komandaya rəhbərlik edə bilər.

Bənzər xəbərlər