featured-image-1031

“Roma”nın baş məşqçisi Joze Mourinyo insan kimi dəyişdiyini deyib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq özü üçün deyil, futbolçuları üçün uğur qazanmaq istədiyini bildirib: “Mən insan kimi dəyişmişəm. Əvvəl özümə görə qələbə qazanmaq istəyirdim, indi isə heç vaxt titul əldə etməyən futbolçulara görə. Onlara kömək etmək istəyirəm.

İndi komandası qalib gəlib deyə üzü gülən adi azarkeş haqqında daha çox fikirləşirəm. Əlbəttə, mübarizə mənim üçün vacibdir. Hətta öncəkindən daha çox qalib gəlmək arzusundayam. Amma əvəllər yalnız özüm barədə fikirləşirdim”.

 

 

Bənzər xəbərlər