featured-image-4153

PSJ ilə yeni müqavilə bağlayan Kilian Mbappe “Liverpul”la da danışıq apardığını bildirib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, Fransa millisinin hücumçusu anasına görə İngiltərə klubuna keçə bilərmiş:

“Mən “Liverpul”la danışıq aparmışam, çünki qırmızı anamın sevimli rəngidir. O, “Liverpul”u sevir. Niyə “Liverpul”u sevir? Bilmirəm, özündən soruşun (gülür).

Bir neçə il əvvəl “Monako”da oynayanda da “Liverpul” nümayəndələri ilə görüşmüşdüm. “Liverpul” əla klubdur. İndi də onlarla danışıq apardıq, amma o qədər çox yox. Nəticədə, “Real” və PSJ arasında seçim etməli oldum. Hamı bilir ki, ötən il Madrid klubuna keçmək istəyirdim. Onda fikirləşirdim ki, getmək doğru qərardır. İndi isə hər şey fərqlidir, mən azad agent oldum. Mən fransalıyam və bilirəm ki, ölkəm üçün əhəmiyyətli şəxsəm. Ölkə üçün vacib olanda təkcə futbol barədə düşünməli deyilsən, həyat haqqında da fikirləşməlisən.

Karyeramı başa vurduqdan sonra ailəmlə və dostlarımla Fransada yaşayacam. Mən yalnız “Real” azarkeşlərinə, bütün kluba təşəkkür edə bilərəm ki, onlar mənə bu qədər sevgi verdilər. Bu, inanılmaz bir şey idi, axı heç vaxt orda çıxış etməmişəm. 14 yaşım olanda yalnız bir həftə orda olmuşam. “Real” möhtəşəm klubdur və mən onlara Çempionlar Liqasının finalında uğurlar arzu edirəm”.

Bənzər xəbərlər