featured-image-4304

“Feyenoord”un baş məşqçisi Arne Slot “Roma” ilə UEFA Konfrans Liqasının finalından (0:1) sonra fikirlərini bildirib.

Msport.az “Calciomercato”ya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis öz oyunları ilə fəxr etmədiklərini deyib:

“Oyun çox gərgin keçdi. Əvvəlcə “Roma”dan fərqli olaraq, bizdə hər şey yaxşı alınırdı. Ancaq qol vəziyyətləri yarada bilmirdik. Bəzən futbolçular topla nə edəcəklərinə dair düzgün qərar verməkdə çətinlik çəkirdilər. “Roma” qol vurduqdan sonra böyük üstünlük əldə etdi və bizim üçün hər şey qəlizləşdi.

Finalda uduzmaq heç də xoş deyil. Ancaq biz Joze Mourinyonun çalışdırdığı komanda ilə üz-üzə gəldik. Əvəllər məğlubiyyətdən qaçıb əzmkar qələbələr qazana bilmişdik.  Lakin finalda İtaliya klubuna qarşı qol vəziyyətləri yaratmaq çətindir. Üstəlik, sizin rəqibiniz Mourinyodursa.

Mən öz çıxışımızla fəxr etmirəm, böyük məyusluq içindəyəm. Biz kuboku Rotterdama aparmaq istəyirdik, amma uduzduq”.

Bənzər xəbərlər