"Məndən yaxşısını görməyənə qədər oynayacam" - 40 yaşlı İbrahimoviç
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını hələ başa vurmağı düşünmür.
Msport.az xəbər verir ki, isveçli forvard hələ bu məsələyə aydınlıq gətirmədiyini deyib: “Gəlin, görək hər şey necə olacaq. Mən futboldan getdiyimə görə peşman olub, “hələ oynaya bilərdim” demək istəmirəm. Yoxsa həyatımın sonuna kimi təəssüflənərdim. Bacardığım qədər çox oynamaq istəyirəm.
Məndən yaxşı futbolçu görməyənə qədər karyeramı davam etdirəcəm. Odur ki, hələ davam”.
40 yaşlı futbolçu cari mövsümdə A seriyasında 18 oyunda 8 qol vurub.