"Mənə dedilər ki, "sən çox qocasan, hərbi bacarığın da yoxdur" - Ukrayna millisinin baş məşqçisi
Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Petrakov Kiyevin müdafiəsində niyə iştirak etməməsinə aydınlıq gətiib.
Msport.az “Time”yə istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis bununla bağlı belə deyib:
“Dünyaya gəldiyim şəhərdən qaçsaydım, doğru olmazdı. Ancaq mənə dedilər ki, “sən, çox qocasan, hərbi bacarığın da yoxdur. Yaxşısı budur, bizi dünya çempionatına çıxart”.
Bu, böyük məsuliyyətdir. Şotlandiya ilə oyun yaxınlaşdıqca bunu daha çox hiss edirəm”.
DÇ-2022-yə vəsiqə uğrunda pley-off mərhələsinin Şotlandiya – Ukrayna arımfinal oyunu iyunun 1-də keçiriləcək.







