Menecerdən azərbaycanlı futbolçuya ittihamlar: "İçkili vəziyyətdə zəng vurub söyməyə başladı"
Rusiyalı agent Polina Lelçuk “Lokomotiv”in sabiq seleksioneri Aleksandr Səmədovu işlədiyi dönəmdə səlahiyyətlərini aşmaqda ittiham edib.
Msport.az “matchtv.ru”-ya istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqından lisenziya alan yeganə xanım menecer olan Lelçuk Rusiya millisinin əslən azərbaycanlı sabiq üzvünün iş prinsiplərindən danışıb:
“Səmədov klubda olanda biz mütəmadi işlə bağlı zəngləşirdik. Onun tonunu eşitmək lazım idi. Səmədov daim flirtləşməyə çalışırdı, yüksəkdən danışırdı, söyüş söyürdü. Bunu mənim həmkarlarım eşidib, onlar təsdiqləyə bilərlər.
Ünsiyyətin də müəyyən sərhədləri var. İşdə flirt qəbuledilməzdir. Bir çox klubların rəhbər şəxsləri ilə danışıram. Amma heç kim özünü belə aparmır. O soruşurdu ki, mən ərdəyəmmi? Niyə ayrılmışam? Uşaq istəyirəmmi? Planlarım necədir? Bütün bunların işə aidiyyatı yox idi. Özü də bu cür tonda…Həm də içkili vəziyyətdə mənə zəng vurub, söyüşlə danışmağa başladı”.