featured-image-71037

“Karvan-Yevlax”ın baş məşqçisi Azərbaycan Premyer Liqasının 9-cu turunun “Turan Tovuz”la oyunundan (1:2) sonra jurnalistlərin önünə çıxıb.

Msport.az xəbər verir ki. o, matçı dəyərləndirib:

“Hesabda öndə idik və 1-ci qola qədər rəqibin heç bir epizodu olmadı. Yaxşı oynadıq, amma uduzduq. Sevindiricidir ki, Araz Abdullayev bu gün meydana çıxdı.  Bəhanə gətirməyi xoşlamıram, amma biz işimizi layiqincə görürük. Komandaya bugünkü oyuna görə təşəkkür edirəm. Mövsümdə ən yaxşı oyunlarımızdan biri keçirdik. “Turan Tovuz”la görüşdə məğlubiyyətə layiq deyildik. Qarşıda hələ çox oyun var. Komandanı Premyer Liqada saxlamaq üçün əlimizdən gələni edəcəyik. Ətrafda bizimlə bağlı çox söz-söhbətlər gəzir. Lakin biz öz işimizi görməkdə davam edəcəyik. Bu vəziyətdən çıxmağa çalışacağıq. Əgər öz meydanımızda oynasaydıq, daha çox xal yığardıq”.

-Oyundan öncə mətbuatda xəbər çıxmışdı ki, bu sizin “Karvan”da son görüşünüz ola bilər…

-Rəhbərliklə bu barədə heç bir söhbətimiz olmayıb. Onlar özləri görürlər ki, biz necə işləyirik. Mənim müqaviləm var, rəhbərlik də dəstək verir. Doğma meydanımıza qatıdıb azarkeşlərimiz qarşısında oynamağı səbirsizliklə gözləyirik”.

Bənzər xəbərlər