featured-image-759

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2022-nin pley-off mərhələsinin finalında Şimali Makedoniya ilə oyun öncəsi fikirlərini bildirib.

Msport.az xəbər verir ki, ulduz futbolçu matçdan əvvəl keçirilən mətbuat konfransında komandasını favorit gördüyünü deyib:

“Bu finaldır və biz hazırıq. Evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq, özümüzü həmişə favorit kimi görürəm. Artıq bilirik ki, qalib gəlsək, dünya çempionatına gedəcəyik, uduzsaq, mübarizədən kənarda qalacağıq. Qalib gəlməliyik. Kriştianosuz və Portuqaliyasız dünya çempionatı olmayacaq. Burada bir nəfər yox,hamımız varıq. Makedoniya bizi bir çox matçda təəccübləndirdi. Ancaq sabah bizi təəccübləndirməyəcəklər. Portuqaliya daha yaxşı olacaq və biz dünya çempionatına gedəcəyik”.

Qeyd edək ki, sabah keçiriləcək Portuqaliya – Şimali Makedoniya görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bənzər xəbərlər