featured-image-78941

Mərakeş millisinin iki futbolçusu – Abdessamad Ezzalzuli və Nayef Ayer zədələnərək DÇ-2026-dan kənarda qalıblar.

Msport.az xəbər verir ki, FİFA-nın rəsmi saytı bu barədə məlumat yayıb.

“Betis”in vingeri Ezzalzuli Norveçlə yoldaşlıq oyununda (1:1) zədə alıb. “Marsel”in müdafiəçisi Ayerin nə zaman sıradan çıxması barədə məlumat verilmir.

Onların əvəzinə milliyə “Anje”nin hücumçusu Mohammed Amin Sbai və “Əl Fateh”in müdafiəçisi Marvan Sadan dəvət olunublar.

 

Bənzər xəbərlər