Məşhur futbolçunun evini qarət etdilər
“Fiorentina” və İtaliya millisinin üzvü Moyze Kinin Florentsiyadakı Kampo De Marte rayonundakı evi qarət olunub.
Msport.az xəbər verir ki, naməlum şəxslər evdən zinnət əşyaları və saatlar aparıblar.
İlin məlumata görə dəyən ziyanın miqdarı 300 min avro qiymətləndirilir. Qarətçilər peşəkarcasına davranıblar və qiymətli əşyaların yerini biliblər.
Hadisə zamanı futbolçu İtaliyadan kənarda olub.
Qeyd edək ki, əvəllər eyni evdə “Fiorentina”nın sabiq müdafiəçisi Nikola Milenkoviç yaşayıb.







