featured-image-7477

İngiltərənin “Tottenhem” klubunun sabiq baş məşqçisi Nuno Espirito Santonun yeni iş yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, Portuqaliyadan olan 48 yaşlı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Nuno Santo daha öncə “Valensiya”, “Portu” və “Vulverhempton”a da rəhbərlik edib.

Bənzər xəbərlər