Məşhur türkiyəli futbolçu karyerasını başa vurdu
Türkiyə millisinin sabiq oyunçusu Mehmet Topal futbolçu karyerasını başa vurub.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, o, 36 yaşında belə qərar verib. Yarımmüdafiəçi futbola vida mesajını sosial şəbəkə hesabında paylaşıb.
Mehmet Topal ümumilikdə 563 rəsmi oyun keçirib və bu matçlarda 38 qolun, 33 qol otürməsinin müəllifi olub. O, “Qalatasaray”, “Fənərbaxça” və “Başakşehir”in heyətində Türkiyə çempionu adını qazanıb. Bununla da o, eyni liqada üç fərqli komanda ilə çempion olan ilk futbolçu və hələlik son futbolçudur.