"Məşqçi kimi ən böyük oyunlarımdan biridir" - "Sabah"ın rəqibi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün “Sabah”la qarşılaşacaq “Hapoel”in (Beer-Şeva) baş məşqçisi Ran Kojak fikirlərini bildirib.
Msport.az xəbər verir ki, o, karyerasının ən önəmli oyununa çıxacağını deyib:
Həyəcanverici andır, indiyə qədər məşqçi kimi ən böyük oyunlarımdan biridir. Diqqətimizi cəmləməli, yaxşı oyun göstərməli və cavab matçına sərfəli nəticə ilə getməliyik. Qarşımızda yaxşı bir rəqib var”.
O, “Sabah”da nəyə diqqət yetirməli olduqlarını belə izah edib: “Rəqib istənilən oyun üçün hazırlıqlıdır. Çox yüksək keyfiyyətli, sürətli, ötürmələrlə və standart vəziyyətlərdə rəqibi necə cəzalandırmağı bilən bir komandadır. Əlbəttə ki, çox yaxşı hazırlığı olan bir rəqibdir”.
Ran Kojak komandasına güvəndiyini bildirib: “Oyunçularımız çox vaxt layiq olduqları hörməti qazanmırlar və ümid edirəm ki, növbəti iki oyunda nə qədər yaxşı komanda və nə qədər hörmətə layiq olduqlarını sübut edəcəklər.”







