"Məşqlərə içkili halda çıxırdım" - "Real"ın sabiq futbolçusu
“Real”ın sabiq futbolçusu Sisinyo etiraf edib ki, məşqlərə içkili halda çıxıb. Msport.az EPTV-yə istinadən xəbər verir ki, braziliyalı oyunçu Madrid klubunda 2005-2007-ci illərdə forma geyinib:
“Real”da məşqlərə içkili halda çıxırdım. Kofe içirdim ki, ağzımdan iy gəlməsin, üstümə çoxlu parfüm vururdum. Mənim oynadığım dövrdə bunu eləmək asan idi.
Heç içki almaq üçün mənə pul da lazım deyildi. İnsanlar böyük məmuniyyətlə restoranlarda mənə içki təklif edirdilər”.
Qeyd edək ki, Sisinyo “Real”dan başqa, “Roma”, “Vilyarreal”, Braziliya klubları və Braziliya yığmasında da çıxış edib.