featured-image-5082

Argentina milli komandasının hücumçusu Lionel Messi Estoniya ilə yoldaşlıq oyununda (5:0) 5 qol vurub.

Msport.az xəbər verir ki, pente-trik edən forvard yığmadakı qollarının sayını 86-ya çatdırıb. Messi bu qolları 126 matçda vura bilib.

35 yaşlı futbolçu Argentina yığmasının tarixində ən çox qol vuran oyunçudur. Bundan başqa, Leo əfsanəvi macarıstanlı futbolçu Frents Puşkaşı da (89 oyuna 84 qol) geridə qoyaraq yığmaların bombardirləri siyahısında 4-cü yeri tutur.

İlk üçlükdə Malyaziya millisinin sabiq üzvü Mohtar Dahari (142 oyunda 89 qol), iranlı Əli Daei (148 oyunda 109 qol) və Kriştiano Ronaldodur – 187 matçda 117 qol.

Bənzər xəbərlər