Messi atasının dəfni üçün Argentinaya döndü
Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi atası Xorxenin ölümündən sonra Rosario şəhərinə gəlib.
Msport.az xəbər verir ki, məşhur oyunçu atası ilə vida mərasimində iştirak edəcək. Xorxe uzun sürən xəstəlikdən spnra dünən vəfat edib.
Xorxe Messi ilə vida mərasimi “El Prado” qəbirstanlığında qapalı şəkildə keçiriləcək. Tədbirdə yalnız ailə üzvləri və yaxın qohumlar iştirak edəcəklər.
Xorxe Messi Rosario şəhərində 66 yaşında vəfat edib.







