featured-image-39311

“Barselona”ya qayıda bilərdim, amma mümkün olmadı”

Msport.az xəbər verir ki, bunu ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “Lequipe” nəşrinə açıqlamasında deyib.

36 yaşlı hücumçu artıq bunun mümkün olmadığını da vurğulayıb.

Messi daha əvvəl karyerasını məhz Kataloniya təmsilçisində başa vurmaq barədə düşündüyünü sözlərinə əlavə edib.

Qeyd edək ki, Messi 2004 – 2011-ci illərdə İspaniya klubunun heyətində 778 oyuna 672 qola imza atıb, 303 dəfə məhsuldar ötürmə verib. O, oktyabrın 31-də karyerasında səkkizinci dəfə “Qızıl top” mükafatını qazanıb.

Bənzər xəbərlər