featured-image-81608

MLS-də “Filadelfiya Yunion” futbol klubu doğma meydanda “İnter Mayami”ni qəbul edib.

Msport.az xəbər verir ki, Çesterdəki “Subaru Park” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

“Filadelfiya”nın heyətində İndiana Vassilev və Nil Pyer fərqlənib. “İnter Mayami”də isə Daniel Pinter və argentinalı hücumçu Lionel Messi qol vurub. Uruqvaylı forvard Luis Suares isə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bu, Messinin 2026-cı il dünya çempionatından və atası Xorxe Messinin vəfatından sonra “İnter Mayami”nin heyətində vurduğu ilk qol olub.

Bənzər xəbərlər