featured-image-41305

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi həyat yoldaşı Antonella Rokuzzonun bacısının toy mərasiminə qatılmayıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, məclis Rosarioda baş tutub.

Məlumatlar gizli saxlanılsa da, geniş təhlükəsizlik tədbirləri qonşuların diqqətini çəkib və onlar kilsə ətrafında toplaşmağa başlayıblar. Onlar tezliklə bunun kimin toyu ola biləcəyini anladılar və Messini görmək istəyiblər.

Təcrübəli oyunçu təhlükəsizlik səbəbindən mərasimə getməyib.

Bənzər xəbərlər