Messi ilk oyunlarda oynayacaq? - Məşqçi açıqladı
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Leo Messinin vəziyyətindən danışıb.
Msport.az xəbər verir ki, ulduz futbolçu mayın sonlarında zədə alsa da, DÇ-2026-ya yollanan heyətə daxil edilib:
“Leoda hər şey yaxşıdır. O, komanda ilə bir yerdə məşq edib, bu, çox vacibdir. Messi artıq düzəlməyə doğru gedir. Ola bilsin ki, o, yoldaşlıq oyunlarında meydana çıxsın. İstənilən halda indi xeyli yaxşıdır və bu, bizi sakitləşdirir. Əgər komandada başqa kimsə zədələnsə və oynaya bilməsə, əvəzləyicilər var”.







