Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatından sonra komanda yoldaşlarına xüsusi hədiyyə edib.
Msport.az xəbər verir ki, bu barədə millinin müdafiəçisi Markos Senesinin sevgilisi Kelsi-Rouz Bauers məlumat yayıb.
O, sosial şəbəkədə Messinin futbolçulara hədiyyə etdiyi fərdiləşdirilmiş mate dəstini nümayiş etdirib: “Messi bunu bütün futbolçulara hədiyyə edib. Dəstin içində qızılı rəngdə termos, fincan və böyük mate qabı var”.







