featured-image-1097

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi Kriştiano Ronaldonun onu paxıl adlandırmasına reaksiya verib.

Msport.az xəbər verir ki, Portuqaliya millisinin üzvü efirdə onu tənqid edən Runi və Ceymi Karraqer haqqında sosial şəbəkədə “paxıl” yazmışdı.

Runinin buna cavabı belə olub: “Yəqin ki, dünyada elə futbolçu yoxdur ki, Ronaldoya paxıllıq etməsin. Onun karyerası, əldə etdiyi titullar, qazandığı pullar… və qarnındakı press. Leo Messidən başqa, bütün futbolçular ona paxıllıq edir”.

Bənzər xəbərlər