featured-image-81117

“İnter Mayami”nin hücumçusu Lionel Messi Liqalar Kubokunda məhsuldar oyunu ilə diqqət çəkib.

Msport.az xəbər verir ki, 39 yaşlı argentinalı “Atletiko San-Luis”lə qarşılaşmanın ilk hissəsində iki qol vurub və bir məhsuldar ötürmə edib.

“İnter Mayami” ilk yarını 4:1 hesablı üstünlüklə başa vurub və matçda 4:2 hesablı qələbə qazanıb.

Bu, Messinin DÇ-2026-dan sonra klub səviyyəsində vurduğu ilk qollar olub. Argentina millisinin kapitanı mundialda səkkiz qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası finalda İspaniyaya 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Messi bundan əvvəl “İnter Mayami”nin MLS-də “Kolumbus Kryu” ilə 2:2 hesablı heç-heçə etdiyi oyunda meydana çıxsa da, fərqlənə bilməyib.

Bənzər xəbərlər