featured-image-1998

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi növbəti titulunu qazanıb.

Msport.az xəbər verir ki, 35 yaşlı argentinalı hücumçu PSJ ilə Liqa 1-in qızıl medallarına yiyələnməklə, karyerasında 11-ci çempionluğunu əldə edib.

Bu, Messinin “Barselona”dan fərqli komandada qazandığı ilk çempionluq tituludur.

Argentinalı futbolçu daha əvvəl 2004/05, 2005/06, 2008/09, 2009/10, 2010/11, 2012/13, 2014/15, 2015/16, 2017/18 və 2018/19 mövsümlərində La Liqanın qalibi olub.

Bənzər xəbərlər