featured-image-79364

Argentinanın Neuken şəhərində milli komandanın kapitanı Lionel Messinin şərəfinə ucaldılan nəhəng heykəlin açılışı olub.

Msport.az xəbər verir ki, abidənin hündürlüyü 26 metrdir.

Beləliklə, bu, Messiyə həsr olunmuş dünyanın ən hündür heykəlinə çevrilib. Yeni abidə 2025-ci ilin dekabrında Hindistanda açılan və bu ilin iyununda sökülən 21 metrlik heykəlin rekordunu geridə qoyub.

Layihənin müəllifi rəssam Aldo Beroisadır. Bildirilir ki, heykəlin məqsədi bölgədə turizmin inkişafına töhfə verməkdir.

Abidədə Messi Argentina millisinin formasında təsvir olunub. Dünya çempionluğu kuboku isə onun ayaqları önündə yerləşdirilib.

Heykəl polad karkas üzərində betondan hazırlanıb. Qurğunun ümumi çəkisi 70 tondur.

Bənzər xəbərlər