featured-image-77998

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də bu mövsüm ən çox qazanan oyunçudur.

Msport.az xəbər verir ki, argentinalı futbolçunun 2026-cı il mövsümü üçün maaşı 28,3 milyon dollardır.

Siyahıda ikinci yerdə “Los-Anceles”in hücumçusu Son Hın Mindir (11,1 milyon dollar), ilk üçlüyü isə bu mövsüm 9,7 milyon dollarla “İnter Mayami”dən Rodriqo De Paul tamamlayır.

“Vankuver Uaytkeps”dən Tomas Müller bu mövsüm təxminən 5,2 milyon dollar, “Atlanta Yunayted”dən Aleksey Mirançuk isə təxminən 5,1 milyon dollar qazanır.

Messi 2023-cü ildən bəri “İnter Mayami”də oynayır. O, klubla MLS-in müntəzəm mövsümünü və pley-off titullarını, eləcə də Liqalar Kubokunu qazanıb. Onun Florida komandası ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Bənzər xəbərlər