featured-image-81717

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunda növbəti qolunu vurub.

Msport.az xəbər verir ki, 39 yaşlı hücumçu MLS-in müntəzəm mövsümündə evdə “Toronto”ya qarşı keçirdikləri matçda fərqlənib.

Təcrübəli oyunçu 83-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Xatırladaq ki, qarşılaşma “İnter Mayami”nin 1:2 hesablı məğlubiyyəti ilə bitib. Komanda Şərq Konfransında 21 oyundan sonra 39 xalla ikinci pillədə qərarlaşıb.

Bənzər xəbərlər