Mesut Özil "Fənər"i tərk edir - Bu dəfə ABŞ-a
“Fənərbaxça”da heyətdən uzaqlaşdırılan Mesut Özil mövsümün sonunda İstanbul klubunu tərk edəcək.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya millisinin sabiq üzvü ABŞ-a yollana bilər. Onun “İnter Mayami”yə keçəcəyi gözlənilir.
33 yaşlı futbolçunun Devid Bekhemin sahibi olduğu klubda oynamağa razılıq verdiyi bildirilib.
Qeyd edək ki, Özilin “Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartalla yola getmədiyi haqda xəbərlər yayılıb.