featured-image-78148

PSJ-nin baş məşqçisi Luis Enrike “Paris”lə Liqa-1-in 34-cü turunun oyunundan (1:2) sonra mətbuat konfransını yarımçıq tərk edib.

Msport.az xəbər verir ki, PSJ bu mövsüm ikinci dəfə derbidə məğlub olub.

Məşqçi jurnalistin “Sizin bu mövsüm “Paris”dən 2 məğlubiyyətiniz oldu. Odur ki,… sualını sona çatdırmağa imkan verməyib. O, “çox sağ olun” deyərək mətbuat konfransını tərk edib.

Qeyd edək ki, PSJ liqanın debütantına Fransa kubokunun 1/16 finalında da 0:1 uduzub.

PSJ mövsümü 76 xalla 1-ci yerdə başa vurub. “Paris” isə 44 xalla 11-ci olub.

 

Bənzər xəbərlər