"Meydanın kənarında olduğum üçün utanırdım" - Joze Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyasında “Napoli” ilə oyunda (1:1) hakimlikdən narazı qalıb.
Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın baş hakimi Marko Di Bellonun qərarlarının anlaşılmaz olduğunu deyib:
“Mən heç-heçəyə ona görə sevinirdim ki, oyunun gedişində burdan sərfəli nəticə ilə dönmək inanılmaz görünürdü. Bu ondan irəli gəlmir ki, komandam pis oynayırdı. Əksinə biz yaxşı çıxış edirdik və oyunun gedişində tempi artırırdıq. Öz futbolçularımla fəxr edirəm.
Elə komandalar var ki, skudetto uğrunda mübarizə aparır, biz yox. Ancaq bizim də meydana çıxıb qələbə üçün oynamağa hüququmuz var. Bu gün mənə elə gəldi ki, belə hüququmuz yoxdur. Çox danışmaq istəmirəm, ancaq cənab Di Paolo (VAR-da olan hakim), hələ Di Bello…Hərdən meydanın kənarında olduğum üçün utanırdım.
Dzanyolonu meydandan qovmaq lazım idi. Dünyanın istənilən liqasında bu hərəkətə görə 1-ci hissədə ona ikinci sarı vərəqə verərdilər. Sonra da Dzanyolaya qarşı koudluğa görə penalti təyin etmədilər. Yaxşı, qapıçı topa birinci çatırdı, ancaq Dzanyolo hələ mübarizə apara bilərdi. Lakin onu yıxdılar. Hələ başqa epizodlar da var idi. Amma artıq bəsdir”.