“Milan”dan əzmkar qələbə
İtaliya A seriyasında 34-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, bazar günü 5 oyun olub.
Günün son matçında lider “Milan” “Olimpiko” stadionunda “Latsio” ilə qarşılaşıb. Stefano Piolinin komandası 90+3-cü dəqiqədə Sandro Tonalinin vurduğu qolla paytaxtda çətin qələbə qazanıb – 2:1.
İtaliya A seriyası
34-cü tur
Latsio – Milan 1:2
Qollar: İmmobile, 4 – Jiru, 50, Tonali, 90+3.
“Milan” 34 oyundan sonra 74 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “İnter” 72 xalla 2-ci yeri tutur. 67 xala malik “Napoli” 3-cü pillədədir.