"Milan"dan İbrahimoviçlə yeni müqavilə - RƏSMİ
İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İsveçli hücumçu ilə sözləşmə 2023-cü ilin yayınadək uzadılıb. O, yenə 11 nömrəli formanı geyinəcək.
Oktyabrın 3-də 41 yaşı tamamlanacaq forvard “Milan”da ilk dəfə 2010-2012-ci illərdə forma geyinib. O, komandaya 2020-ci ilin yanvarında qayıdıb.
İbrahimoviç klubun heyətində ümumilikdə 158 oyuna 92 qol və 35 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu İtaliya Super Kubokunu və iki dəfə ölkə çempionluğunu əldə edib.