“Milan” Diaşla maraqlanır
“Milan” “Mançester Siti”nin mərkəz müdafiəçisi Ruben Diaşı transfer variantlarından biri kimi nəzərdən keçirir.
Msport.az xəbər verir ki, mümkün transferdə “Milan”ın baş məşqçisi Ruben Amorimin amili də rol oynaya bilər.
Portuqaliyalı mütəxəssis Diaşla həmyerlidir və bu faktor futbolçunun Milan klubuna keçidinə təsir göstərə bilər. 29 yaşlı Diaş 2020-ci ilin sentyabrından “Mançester Siti”nin formasını geyinir. O, bu müddət ərzində komanda ilə dörd dəfə İngiltərə çempionu olub.
Portuqaliyalı müdafiəçinin Mançester klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







