“Milan” futbolçusunu transferə çıxarır
İtaliya A Seriyası təmsilçisi “Milan” futbolçusu Yussuf Fofana ilə yollarını ayırmağa hazırdır.
Msport.az xəbər verir ki, “rossonerilər” 27 yaşlı yarımmüdafiəçini 30 milyon avroya satmaq niyyətindədir.
Oyunçu ilə İngiltərə və Fransa komandaları maraqlanır. Fransalı futbolçu “Milan”ın növbəti mövsüm üçün planlarına daxil deyil.
Qeyd edək ki, 2024-cü ildə İtaliya klubuna keçən Yussuf Fofana 4 illik müqavilə imzalayıb. O, cari mövsüm 32 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







