“Milan”ın 3 ulduzunun durumu qeyri-müəyyəndir
“Milan”ın yarımmüdafiə xətti yeni mövsüm öncəsi ciddi dəyişikliklərə məruz qala bilər.
Msport.az xəbər verir ki, Adrien Rabiot və Luka Modriçin gələcəyi sual altındadır.
Rabiota hazırda “Napoli”nın baş məşqçi postuna yaxın namizədlərdən biri hesab olunan Massimiliano Alleqri maraq göstərir. Modriçin isə karyerasını DÇ-2026-dan sonra başa vura biləcəyi bildirilir.
Rafael Leaoya gəlincə, hazırda onun transferi ilə yalnız “Fənərbağça” və “Qalatasaray” maraqlanır.







