featured-image-4063

İtaliya A Seriyasının qalibi olan “Milan”ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.

Msport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə komandanın sonuncu – 38-ci turda “Sassuolo”ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.

57 yaşlı mütəxəssis bildirib ki, medal çempionluğu bayram edərkən stadionda oğurlanıb:

“Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır”.

“Milan” 11 ildən sonra ölkə çempionu olub.

Bənzər xəbərlər