featured-image-7342

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın “Milan” klubundan Frank Kessyeni transfer edib.

Fil Dişi Sahili yığmasının da üzvü olan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçuya 500 milyon avro təzminat qiyməti qoyulub.

“Barselona” Frank Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcək.

Bənzər xəbərlər